Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına 717 milyon dollarlıq turizm xidmətləri göstərilib

2024.09.12 14:55 (UTC+04:00)

2024-сü ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54,4% artaraq 1,7 milyard dollar təşkil edib.

Mərkəzi Bankın məlumatına əsasən, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (946,6 milyon dollar) idxalı (717,3 milyon dollar) üstələməsi nəticəsində 229,3 milyon dollar həcmində profisit yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25,7 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 34 faiz artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 717,3 milyon dollar olub. Bunun 78,8 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).