Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 18,3 mln. manat olub

2024.09.11 15:00 (UTC+04:00)

2024-cü ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,8 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 12,9 faiz artıb və 18,3 milyon manat təşkil edib.