Mikayıl Cabbarov: “Ölkəmizdə yeni məhsul istehsalı təşəbbüslərini dəstəkləməyə davam edəcəyik”

2024.09.11 14:08 (UTC+04:00)

“Qeyri-neft sektorunun və ixracın şaxələndirilməsinə hesablanmış layihələr ölkəmizin iqtisadi gücünü artırır. Azərbaycanda ilk vərəqə şüşə istehsalçısı olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti "AzerFloat" müəssisəsi də keyfiyyətli məhsul və ixrac potensialı baxımından fərqlənir. Ölkəmizdə yeni məhsul istehsalı təşəbbüslərini dəstəkləməyə davam edəcəyik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.