Naxçıvanda vergi daxilolmaları 32,3 faiz artıb

2024.09.11 14:47 (UTC+04:00)

2024-cü ilin yanvar-avqust aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 141,3 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 milyon manat və ya 32,3 faiz çoxdur. Cari ilin 8 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 120,8 faiz icra edilib.