Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,8 faiz artıb

2024.09.11 12:50 (UTC+04:00)

2024-cü ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 227 milyon 501,6 min manat vergi daxil olub. Qeyri-neft-qaz sektorunda daxilolmalar 7 milyard 744,2 milyon manat təşkil edib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 878,6 milyon manat və ya 12,8 faiz çox olub.

Ödənilən vergilərin 69 faizi qeyri-neft-qaz sektorunun, 31 faizi isə neft-qaz sektorunun payına düşüb.