Elektrik və hibrid minik avtomobillərinin kreditləşməsi artıb

2024.09.10 16:20 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılmış requlyativ güzəştlər nəticəsində son 18 ayda elektrik və hibrid minik avtomobillərinin banklar tərəfindən kreditləşməsi say olaraq 8 dəfə, məbləğ olaraq 6,5 dəfə artıb. AMB-nin məlumatına görə, nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17,8 faiz olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59,9 faiz təşkil edib.

Xatırladaq ki, AMB “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə təkliflərin hazırlanması” tədbiri çərçivəsində əsas icraçı qurum kimi aparılan müzakirələrdə aktiv iştirak edərək bu istiqamətdə maliyyə əlçatanlığının artırılmasına öz töhfəsini verir. Bu tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”ndə öz əksini tapır.