Neft-kondensat hasilatına dair rəqəmlər açıqlanıb

2024.09.10 10:48 (UTC+04:00)

Bu ilin 8 ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 19,3 mln. ton, ixraca nəql edilən həcmlər isə 16 mln. ton olub.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində yazıb.

Nazir əlavə edib ki, bu dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 800 mln. kubmetr artımla hasil edilmiş 33 mlrd. kubmetr qazın 16,4 mlrd. kubmetri ixrac olunub.