Naxçıvanın dövlət əmlakının özəlləşdirilməsindən gəliri 12 dəfədən çox artıb

2024.09.09 16:56 (UTC+04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 165 dövlət əmlakı özəlləşdirilib.

Nazirliyin məlumatına görə, hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 1,3 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 dəfə çoxdur.