"Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" konfransında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə "ACWA Power Azerbaijan Renewable Energy" MMC arasında KOB-ların yaşıl keçidi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
Nazir vurğulayıb ki, sənədin icrası enerji səmərəliliyinin artmasına, KOB-ların bərpaolunan enerji mənbələrinə yönəlməsinə və ekoloji təsirlərin azaldılmasına mühüm töhfələr verəcək.