Mikayıl Cabbarov: “Yaşıl enerji layihələri regional və qlobal əhəmiyyət kəsb edir"

2024.09.09 11:16 (UTC+04:00)

Sahibkarların “yaşıl” layihələri Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərlə maliyyələşdirilir.

Bunu “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” konfransında çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, indiyədək Fondun güzəştli kreditlərindən yararlanmış “yaşıl” layihələr təkrar emal, alternativ enerji mənbələrinə keçid, elektromobillər üçün elektrik doldurma məntəqələrinin yaradılması kimi istiqamətləri əhatə edir.

“Yaşıl” layihələr, həmçinin, qrant, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə, maliyyə imkanlarına çıxış kimi alətlərlə KOBİA tərəfindən dəstəklənir. KOB-ları daha fəal olmağa, innovativ təşəbbüslərlə yaradılmış imkanlardan, dövlət dəstəyindən faydalanmağa dəvət edirəm. “Yaşıl enerji layihələri iqtisadi, ekoloji və enerji təhlükəsizliyi baxımından regional və qlobal əhəmiyyət kəsb edir", - nazir qeyd edib.