Bu ilin yanvar-avqust aylarında Rusiyanın Volqoqrad vilayətindən Azərbaycana 41,3 min ton taxıl tədarük edilib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məlumatına görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən 2,1 dəfə çoxdur.
Xidmətin müvafiq idarəsi tərəfindən Azərbaycana göndərilən məhsullara baytarlıq nəzarəti tədbirləri həyata keçirilib. İxrac edilən məhsul alıcı ölkənin tələblərinə cavab verib, onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.