SOCAR və “Halliburton” şirkəti arasında “Texniki xidmətlərin göstərilməsinə dair Saziş” imzalanıb. Sazişi SOCAR-ın “Azneft” İB-nin baş direktoru Əli Qurbanov və “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qrem Teylor imzalayıblar.
Sənəd “Günəşli” yatağında qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.