Bu ilin ilk 8 ayında 138 milyon manatdan çox güzəştli kredit verilib

2024.09.05 16:20 (UTC+04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 3507 layihənin maliyyələşdirilməsinə 138,3 milyon manat güzəştli kredit verilib.

Fondun məlumatına görə, verilən kreditlər hesabına 2808 yeni iş yerinin yaradılması nəzərdə tutulur.