İşğaldan azad olunan ərazilərdə 112 sakin üçün ailə təsərrüfatları qurulub

2024.09.04 15:51 (UTC+04:00)

İşğaldan azad olunan ərazilərdə özünüməşğulluq proqramı çərçivəsində 112 nəfər sakin mal və materiallarla təmin edilərək onlar üçün kiçik ailə təsərrüfatları qurulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onlar Füzuli, Şuşa, Xocalı, Laçın, Ağdərə, Zəngilan rayonlarının sakinləridir.

Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunur. Təlimləri bitirdikdən sonra biznes planlarına uyğun olaraq mal və materiallarla təmin edilməklə onlar üçün kiçik ailə təsərrüfatları yaradılır.