Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 5 dəfədən çox artaraq 247,1 milyon ABŞ dollarını üstələyib.
İxrac – idxal:
Azərbaycandan Afrika ölkələrinə ixrac: 171 milyon dollar (+7,4 dəfə)
Afrika ölkələrindən Azərbaycana idxal: 76,1 milyon dollar (+2,9 dəfə)
Ümumi ticarət dövriyyəsindəki payı:
Cari ilin ilk 7 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Afrika ölkələri ilə ticarətin payı 0,91 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,75 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi