- Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişafına töhfə verən əsas amillər hansılardır?
- Azərbaycan davamlı inkişaf, yaşıl transformasiya və təkmilləşdirilmiş nəqliyyat əlaqələri kursu seçdiyi üçün daha çox Çin investorlarını cəlb etməyə çalışır. “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycanın beynəlxalq ticarət imkanlarını artıraraq, ona qlobal ticarət profisitini saxlamaqda kömək edir.
- Çin Azərbaycan iqtisadiyyatının hansı sektorlarına daha çox sərmayə qoyur? Azərbaycan və Çin üçün ticarət və investisiyalardan başqa iqtisadi əməkdaşlığın daha hansı sahələri prioritetdir?
- 1995-2023-cü illərdə Çinin Azərbaycana birbaşa investisiyaları 930 milyon ABŞ dollarından çox olub. Bunun 750 milyon dollardan çoxu neft-qaz sektoruna yönəlib. Bu gün Azərbaycanın sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, turizm və xidmət sahələrində 250-ə yaxın Çin şirkəti iştirak edir.
1995-2023-cü illərdə Çinin Azərbaycana birbaşa investisiyaları 930 milyon
ABŞ dollarından çox olub. Bunun 750 milyon dollardan çoxu neft-qaz sektoruna
yönəlib. Bu gün Azərbaycanın sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət,
turizm və xidmət sahələrində 250-ə yaxın Çin şirkəti iştirak edir
- Çin yaşıl keçid sahəsində dünya liderlərindən biridir. Pekin və Bakı arasında bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi perspektivləri nədən ibarətdir? Çin Azərbaycana yaşıl keçidi sürətləndirməkdə necə kömək edə bilər?
- Çin şirkətləri Azərbaycandakı böyük bərpaolunan enerji potensialını reallaşdırmaq üçün irimiqyaslı fəaliyyətdə maraqlıdır. Yaşıl enerji dəhlizləri və interkonnektorların yaradılması, yaşıl enerjinin ixracı, yaşıl hidrogen və yaşıl ammonyakın istehsalı və nəqli, həmçinin enerji saxlama sistemləri üzrə əməkdaşlıq imkanları qiymətləndirilib. Hazırda Çinin tərəfdaşları ilə 60 və 100 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
- Çinin BYD şirkəti Azərbaycanda elektrik avtobuslarının istehsalını quracaq. Birgə istehsalın gələcək inkişafı üçün hansı potensial var? Azərbaycan Çin avtomobil sənayesi məhsullarının regional bazarlara ixracı üçün mərkəzə çevrilə bilərmi?
- İqtisadi rəqabət gücləndikcə Çin şirkətləri ABŞ bazarlarına, Azərbaycanın timsalında isə Avropa və Mərkəzi Asiya bazarlarına xidmət göstərməyə imkan verəcək istehsal bazaları axtarırlar. Strateji yerləşməsi, inkişaf etmiş logistikası və dənizə çıxışı sayəsində Azərbaycan investisiyalar üçün cəlbedici ölkədir. “Bir kəmər, bir yol” təşəbbüsü Çinin tərəfdaşlarına inkişaf, sabitləşmə və bazarlar yaratmağa kömək etmək üçün daha çox əmək tutumlu sənayelər yaratmağı nəzərdə tutur.
- Azərbaycanın regionda Çin malları üçün nəqliyyat və logistika mərkəzinə çevrilməsi perspektivini necə dəyərləndirirsiniz?
- Azərbaycan mühüm logistika mərkəzidir. O, Avropa və digər regionlardakı bazarlara çıxmaq üçün alternativ yol kimi xidmət edir. Ötən il Azərbaycana dəmir yolu ilə yükdaşımalar, demək olar ki, iki dəfə artıb. Bu, Çin şirkətlərinə ucuz və səmərəli xidmətlər təklif etmək imkanı əsasında regional oyunçular arasında rəqabət yaradır.
Strateji yerləşməsi, inkişaf etmiş logistikası və dənizə çıxışı sayəsində
Azərbaycan investisiyalar üçün cəlbedici ölkədir
- Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün fəal iştirakçısıdır. Bu təşəbbüs çərçivəsində qarşılıqlı fəaliyyət Azərbaycan və Çin arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsinə necə təsir edir? Ölkəmiz bu təşəbbüs çərçivəsində regional inteqrasiyanın və əlaqənin təşviqində hansı rol oynayır?
- Azərbaycan 2013-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Bu günədək iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı bir çox sazişlər imzalanıb. Şübhəsiz ki, “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradır.
Tamilla MƏMMƏDOVA