Nazirlər Kabinetinin Qərarına əsasən, “Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilib.
Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.6.2-ci maddəsinin ikinci cümləsinə əsasən hazırlanıb və vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı müraciət etmiş vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri tənzimləyir.
Qaydada istifadə olunan anlayışlar Vergi Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
Qərarla aşağıdakı linkdən keçid edərək tanış olmaq olar: https://nk.gov.az/az/senedler/qerarlar/vergi-odeyicisinin-vergi-borcunu-odeme-qabiliyyeti-8273