Kənd təsərrüfatı məhsullarının istehsal qiymətləri ucuzlaşıb

2019.07.22 16:58 (UTC+04:00)

İyunda may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 6,3 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ay ərzində balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8 faiz ucuzlaşıb, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.