Sentyabrın 16-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Pakistanın yerli mətbuatına istinadən xəbər verir ki, bu barədə Pakistanın kommunikasiyalar və özəlləşdirmə naziri Abdul Alim Xan Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovla görüşündə deyib.
Nazirin sözlərinə görə, biznes forum ölkələr arasında işgüzar fəallığın inkişafına təkan verəcək, müxtəlif sektorlara sərmayə qoyuluşu və birgə layihələrin təşviqi üçün imkanlar yaradacaq.
Görüşdə biznes forumda iştirak edəcək Pakistan nümayəndə heyətinə Abdul Alim Xan və ticarət naziri Cam Kamal Xanın rəhbərlik etməsi qərara alınıb.