Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmində müsbət dinamika var

2024.09.03 12:53 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 426,5 milyard manatı, sayı isə 93,6 milyonu ötüb.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların həcmində 34,7 faiz, sayında isə 11,8 faiz artım qeydə alınıb.

Cari ilin ilk 7 ayında AZİPS vasitəsilə 1,2 milyon əməliyyat üzrə 396,6 milyard manat, XÖNKS vasitəsilə 92 milyon əməliyyat üzrə 29,3 milyard manat, AÖS ilə isə 423,8 min əməliyyat üzrə 574,6 milyon manat həcmində ödəniş həyata keçirilib.