Belarusa məhsul ixracı 45 faizədək artıb

2024.09.03 10:17 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Belarusla ticarət dövriyyəsinin ümumi həcmi 28,8 faiz artaraq 248,2 milyon ABŞ dollarını üstələyib.

İxrac – idxal:

Azərbaycandan Belarusa ixrac: 25,4 milyon dollar (+44,8 faiz)

Belarusdan Azərbaycana idxal: 222,8 milyon dollar (+27,2 faiz)

Ümumi ticarət dövriyyəsindəki payı:

Cari ilin ilk 7 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Belarusla ticarətin payı 0,9 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,3 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi