Bu ilin avqust ayında Azərbaycanda pul bazası 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 13,4 faiz artaraq 20 550,0 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, cari ilin iyul ayına nisbətdə isə avqustda pul bazasında 0,9 faiz azalma müşahidə olunub.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonuna ölkədə pul bazası 20 875,2 milyon manat olub.