Bu ilin yanvar-iyul ayları ərzində ölkədən 139,5 milyon ABŞ dolları dəyərində 116,9 min tondan çox pomidor ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 12,4 faiz və ya 15,3 milyon dollar, həcmi isə 4,5 faiz və ya 5 min ton artıb.
Qeyd edək ki, cari ilin ilk 7 ayında pomidorun ümumi ixracda xüsusi çəkisi 0,87 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 7,44 faizə bərabər olub.