Mərkəzi Bankın valyuta ehtiyatlarında artım var

2024.09.02 16:36 (UTC+04:00)

2024-cü ilin avqust ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 25,8 faiz artaraq 11 783,5 milyon ABŞ dolları təşkil edib.

AMB-nin hesabatına əsasən, cari ilin iyul ayına nisbətdə isə avqustda valyuta ehtiyatlarında 0,2 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 613,0 milyon dollar təşkil edib.