Eynar Tangen: “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan üçün yeni imkanlar yaradır”

2024.09.02 15:31 (UTC+04:00)

“Azərbaycan 2013-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub”. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Çin Qloballaşma Mərkəzinin baş elmi işçisi, “China Cities Bluebook Consulting” şirkətinin təsisçisi Eynar Tangen məlumat verib.

“Şübhəsiz ki, “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradır”, - ekspert vurğulayıb.

Onun sözlərinə görə, bu günədək iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı bir çox sazişlər imzalanıb.