“Çin şirkətləri Azərbaycandakı böyük bərpaolunan enerji potensialını reallaşdırmaq üçün irimiqyaslı fəaliyyətdə maraqlıdır”. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Çin Qloballaşma Mərkəzinin baş elmi işçisi, “China Cities Bluebook Consulting” şirkətinin təsisçisi Eynar Tangen məlumat verib.
Onun sözlərinə görə, yaşıl enerji dəhlizləri və interkonnektorların yaradılması, yaşıl enerjinin ixracı, yaşıl hidrogen və yaşıl ammonyakın istehsalı və nəqli, həmçinin enerji saxlama sistemləri üzrə əməkdaşlıq imkanları qiymətləndirilib. “Hazırda Çinin tərəfdaşları ilə 60 və 100 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur”, - ekspert qeyd edib.