Küveyt Azərbaycanın ən böyük pambıq yağı istehsalçısı olan Şirvan yağ emalı zavodunun istehsal etdiyi məhsulları almaq istəyir.
Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “MKT İK” MMC-nin Satış departamentinin rəhbəri Mələk Məmmədova məlumat verib.
Onun sözlərinə görə, hazırda rafinə edilməmiş (xam) pambıq yağının alınması üçün Küveytlə danışıqlar aparılır. İxrac yeni mövsümdə (2024-cü ilin oktyabr-2025-ci ilin mart ayları) reallaşa bilər.