Qoz-fındıq ixracında artım qeydə alınıb

2024.08.29 16:10 (UTC+04:00)

Son 6 ildə Azərbaycan qoz-fındıq ixracını 64 faiz artırıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycan 21531 ton, 2023-cü ildə isə 35326 ton qoz-fındıq ixrac edib.

Ötən il qoz-fındıq ixracında 8,4 faiz artım müşahidə edilib. 2022-ci ildə Azərbaycan 32578 ton qoz-fındıq ixrac etdiyi halda, 2023-cü ildə bu rəqəm 35326 tona yüksəlib.