“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti “Az-Tex-Import” MMC Cəbrayılda “IVECO” brendinin yüngül tonnajlı yük avtomobillərinin istehsalının təşkilinə təxminən 10 milyon manat investisiya yatıracaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin təsisçisi Samir İbadullayev deyib.
Onun sözlərinə görə, ilk iki ildə zavodda 100 ədəd avtomobil istehsal ediləcək. Sonrakı illərdə isə, işlərin gedişatından asılı olaraq, istehsalın həcminin artırılması planlaşdırılır.
Hazırda müəssisənin inşası işləri həyata keçirilir. Burada istehsala təxminən bir il sonra başlanılacaq.