MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinə 20 sənəd daxildir

2024.08.27 17:52 (UTC+04:00)

Bu ilin noyabrın 7-8-də MDB Hökumət Başçıları Şurasının iclasının keçirilməsi planlaşdırılır. BELTA xəbər verir ki, iclasda müzakirəyə çıxarılacaq mühüm məsələlərdən biri də qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılması olacaq.

MDB-nin baş katibi Sergey Lebedevin sözlərinə görə, MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinə 20 sənəd daxildir. Bunların hamısı ilk növbədə iqtisadi sahədə qarşılıqlı fəaliyyətə aiddir.

İki məsələ nəqliyyat, biri isə mülki gəmiqayırma sahəsində əməkdaşlığa həsr olunub. Bir neçə məsələ humanitar əməkdaşlığı əhatə edir.10-a yaxın məsələ isə MDB çərçivəsində müxtəlif fəaliyyət növlərinin maliyyələşdirilməsinə həsr olunub.