Dekabrın 28-də Böyükşor gölünün üzərində inşa edilən və paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.