Son iki ildə Azərbaycan və Özbəkistan arasında turist axını 26 faiz artıb. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Özbəkistan 24” telekanalının efirində bildirib.
O qeyd edib ki, bu gün ölkələr arasında ayda 40-a yaxın reys həyata keçirilir. Turist axınının həcmi durmadan artır. Əlaqələrin gələcək inkişafı üçün böyük perspektivlər var.
F.Nağıyev Azərbaycan və Özbəkistanın böyük turizm potensialına malik olduqlarını vurğulayıb. Bu potensial müxtəlif sahələri, o cümlədən zəngin mədəni irs, sağlamlıq və xizək turizmini əhatə edir.
“Özbəkistan ölkəmizdə keçirilən bütün turizm tədbirlərində iştirak edir. Eyni sözləri Azərbaycan haqqında da demək olar”, - o əlavə edib.