Sahibkarlığın İnkişafı Fondunda (SİF) İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarının rezidentləri ilə görüş keçirilib. Görüşdə Sumqayıt Kimya Sənaye Parkının, Pirallahı Sənaye Parkının və Hacıqabul Sənaye Parkının rezidentləri, eləcə də SİF və İZİA-nın nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində sənaye parklarının rezidentlərinə SİF-in güzəştli kredit, zəmanət və subsidiya mexanizmləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.