Bakı və İslamabad iqtisadi əməkdaşlığın genişləndirilməsini hədəfləyir. Pakistan mediası xəbər verir ki, tərəflər biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərləri üçün ilkin fəaliyyət planının hazırlanması barədə razılığa gəliblər.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Pakistan Senatının sədr müavini Sayedaal Xan ilə görüşündə ikitərəfli iqtisadi və ticarət əlaqələrinin perspektivləri müzakirə olunub.
Senat sədrinin müavini qeyd edib ki, hər iki ölkə iqtisadiyyat, ticarət, investisiya, enerji, müdafiə, kənd təsərrüfatı və təbii sərvətlər sahələrində əməkdaşlığı genişləndirə bilər. Onun fikrincə, investisiyaların və ticarətin təşviqi üçün tədbirlər görülməlidir. Biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ticarət və investisiya imkanlarını artıra bilər.