Azərbaycanda duz istehsalında artım var

2024.08.26 15:57 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qida duzu istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu müddətdə ölkədə 49,9 min ton qida duzu istehsal edilib.

Hazırda 2,2 min ton qida duzu ehtiyatı var.