2024-cü ilin avqustun 1-nə Azərbaycanın regionlarında (Bakı iqtisadi rayonu istisna olmaqla) bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 5,82 milyard manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisindən 15,65% çoxdur.
Mərkəzi Bankın məlumatına görə, regionlar arasında kreditləşmənin ən yüksək artım tempi Qarabağ iqtisadi rayonunda (keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,4% çox) qeydə alınıb. Bu ilin 7 ayı ərzində bu bölgəyə 456,44 milyon manat kredit verilib.
Azərbaycanın iqtisadi rayonları üzrə kreditləşmə:
- Naxçıvan – 411,16 milyon manat (+11%)
- Abşeron-Xızı – 916,1 milyon manat (+13,8%)
- Dağlıq Şirvan – 172,76 milyon manat (+14,4%)
- Gəncə-Daşkəsən – 747,78 milyon manat (+14,4%)
- Qarabağ – 456,44 milyon manat (+21,4%)
- Qazax-Tovuz – 479,2 milyon manat (+19,9%)
- Quba-Xaçmaz – 422,6 milyon manat (+11%)
- Lənkəran-Astara – 581,55 milyon manat (+14,2%)
- Mərkəzi Aran – 521,06 milyon manat (+17,8%)
- Mil-Muğan – 274,8 milyon manat (+20,15%)
- Şəki-Zaqatala – 442,7 milyon manat (+20,67%)
- Şirvan-Salyan – 398,2 milyon manat (+12,5%)
- Şərqi Zəngəzur – —