Azərbaycan yaşıl enerji siyasətini uğurla inkişaf etdirir və bu istiqamətdəki təşəbbüslərini reallaşdırmaq üçün COP29-a böyük səylə hazırlaşır.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva “29 İqlim Dialoqu: COP29-a gedən yol” adlı seminarda deyib.
BMT-nin COP29-a sədrliyində Azərbaycana bütün əsas aspektlərdə dəstək verməyə hazır olduğunu vurğulayan V. Andreeva rəsmi Bakının bu tədbiri uğurla keçirəcətinə əminliyini açıqlayıb.
O əlavə edib ki, BMT həm COP29 zamanı, həm də ondan sonra hökumətlə sıx əməkdaşlıq edəcək.