Yalçın Rəfiyev COP29-un əsas gözləntisindən danışıb

2024.08.24 11:53 (UTC+04:00)

Bakıda keçiriləcək COP29-da inkişaf etmiş ölkələr bundan sonra inkişaf etməkdə olan ölkələrə nə qədər yardım edəcəyi ilə bağlı qərar verməlidir.

“vergiler.az” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “29 İqlim Dialoqu: COP29-a gedən yol” adlı tədbir çərçivəsində COP29 üçün effektiv kommunikasiya strategiyalarına dair media seminarında deyib.

Onun sözlərinə görə, 2009-cu ildə Kopenhagendə keçirilən COP zamanı qəbul edilən qərara əsasən, illik əsasda inkişaf etmiş dövlətlər iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan dövlətlərə 100 milyard dollar yardım etməlidir. Bunlar qrantlar və təmənnasız yardımlar şəklində olmalıdır. COP29-dan əsas gözlənti bu 100 milyard dollarlıq yardımın yuxarı həddini müəyyənləşdirməkdir.

Y. Rəfiyev qeyd edib ki, iqlim dəyişikliyinin dünya üçün fəlakət yaratmasının qarşısını almaq üçün dövlətlər ciddi addımlar atmalıdır.