DİF-in 4Sİ Mərkəz rəhbərlərinin görüşü keçirilib

2024.08.23 17:37 (UTC+04:00)

Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi tərəfindən 4Sİ Mərkəz rəhbərlərinin görüşü keçirilib.

Görüşün əsas məqsədi Mərkəzlərin fəaliyyət istiqamətləri üzrə hədəflər, məqsədlər və əsas keyfiyyət göstəricilərini özündə əks etdirən və Forum tərəfindən hazırlanan "Qlobal Menyu" ilə bağlı müzakirələrin aparılması olub.

Görüşdə Şəbəkəyə üzv olan 13 Mərkəz rəhbərləri və nümayəndələr iştirak edib. Növbəti Davos Forumunda işıqlandırılacaq Mərkəzlərin illik hesabatında "Qlobal Menyu"nun təqdim olunması gözlənilir.