Cari ilin yanvar-iyul aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 4 118,7 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3937,3 milyon manatlıq xidmət göstərilib.
Bu, xidmətlərin ümumi dəyərinin 95,6 faizini təşkil edib.