"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb. Reytinq üzrə proqnoz "stabil" olaraq "BB+" səviyyəsində təsdiq olunub. Azərbaycanın "BB+" güclü xarici balansı və aşağı səviyyədə olan xarici borcun olmasını, iqtisadiyyatın neftdən asılılığını, idarəetmənin aşağı olmasını və zəif bank sektorunun olmasını əks etdirir. Hesabata əsasən, yaxın illərdə qaz hasilatını artması Azərbaycanın icmal büdcəsinin dayanıqlı profisitini təmin edəcək.
Agentliyin analitiklərinin hesablamalarına görə, bu il Azərbaycanda iqtisadi artım 2,7 faiz təşkil edəcək. 2018-ci ildə bu göstərici 1,4 faiz olub.