Azərbaycanın sığorta bazarı 10 faizə yaxın böyüyüb

2024.08.21 14:39 (UTC+04:00)

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın sığorta şirkətləri tərəfindən 833,581 milyon manat sığorta haqqı toplanılıb.

Mərkəzi Bankın məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətləri 440,192 milyon manat həcmində sığorta ödənişləri ediblər. Bu isə illik ifadədə 55,6 faiz çoxdur.

Sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin 7 ayı ərzində bu göstərici 37,1 manat olub.