Şimal-Cənub Dəhlizi ilə tranzit yük daşımalar 25% artıb

2024.08.21 14:08 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Şimal-Cənub Dəhlizi ilə tranzit yük daşımaların həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 25% artım qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə 434 min 651 ton tranzit yük daşınıb.

Tranzit yüklər dəhlizin Azərbaycandan keçən Astara-Yalama və Yalama-Astara istiqamətləri üzrə daşınıb.