Nəqliyyat sektorunda yükdaşıma 4 faizdən çox artıb

2024.08.21 12:17 (UTC+04:00)

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 133,5 milyon ton yük daşınıb. Bu, illik ifadədə 4,1 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin 3,7 faizi dəniz, 8,1 faizi dəmir yolu, 0,2 faizi hava, 58,1 faizi avtomobil nəqliyyatı, 29,9 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,9 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2 faiz təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə 10,8 milyon ton (+1,7 faiz), dəniz nəqliyyatı ilə 4 905,7 min ton (-8,2 faiz), avtomobil nəqliyyatı ilə 77,6 milyon ton (+8,1 faiz) və hava nəqliyyatı ilə 233,4 min ton (+17,3 faiz) yük daşınıb.