Avro-5 dizel məhsulu üzrə beynəlxalq akkreditasiyanın alınması ixrac bazarlarına daha asan çıxış imkanı verir

2024.08.21 10:16 (UTC+04:00)

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Beynəlxalq Laboratoriya Akkreditasiya Qurumu (ILAC) tərəfindən Avro-5 dizel məhsulu üzrə beynəlxalq akkreditasiyanın əldə edilməsi ixrac bazarlarına daha asan çıxış imkanı verir və etibarlı məhsul keyfiyyətini təmin edir.

SOCAR-ın məlumatına görə, NEZ laboratoriyası EN 590 sınaq parametrlərinə uyğun olaraq Avro-5 dizel məhsulu üzrə beynəlxalq ISO/IEC 17025 akkreditasiyasını əldə edib.

Akkreditasiyanın əsas üstünlüyü NEZ laboratoriyasının sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasıdır.

Hazırda zavodun laboratoriyasının Azərbaycan Akkreditasiya Mərkəzindən (AZAK) akkreditasiyasının tamamlanması üzrə işlər həyata keçirilir.