Pambıq lifinin xaricə satış həcmi 2,1 dəfə artıb

2024.08.20 15:40 (UTC+04:00)

Azərbaycanda ixracın strukturunda əsas yer tutan məhsullardan biri olan pambıq lifinin xarici ölkələrə satış həcmi 2,1 dəfə artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycan 117247,1 min ABŞ dollar dəyərində 75573,9 ton pambıq lifi ixrac edib.

Bu, dəyər ifadəsində 70,6 faiz, çəkidə isə 2,1 dəfə artım deməkdir.