Naxçıvan Muxtar Respublikasında 7992 hektar əkinə yararsız torpaq sahəsində “Yaşıl enerji” layihələri reallaşdırılılacaq.
Naxçıvan Dövlət Energetika Xidmətinin məlumatına görə, MR-nın "Yaşıl enerji" Konsepsiyasının hazırlanması məqsədi ilə məsləhətçi şirkətlərin cəlb edilməsi üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən dövlət satınalması həyata keçirilib.
MR-da “Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin təklif etdiyi əkinə yararsız torpaq sahələri də müəyyənləşib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda MR-in "Yaşıl enerji" Konsepsiyasının hazırlanması, dövlət-özəl tərəfdaşlığı ilə alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasının davam etdirilməsi, yeni istilik elektrik stansiyasının tikintisi nəzərdə tutulub.