“Bakı KOB evi”ndə yeni xidmətin göstərilməsinə başlanılıb

2024.08.20 13:04 (UTC+04:00)

“Bakı KOB evi”ndə daha bir xidmət fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi “Bakı KOB evi”ndə həyata keçirilir.

Bu xidmətlərdən istifadə etmək istəyənlər DDLA-nın “Bakı KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 300-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.