İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

2024.08.20 11:03 (UTC+04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun 23 avqust 2024-cü il tarixdə Xaçmazda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir.