Azərbaycanda bu ilin yanvar-iyul aylarında 3366,4 ton makaron istehsal edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda unlu qənnadı məmulatlarının da istehsalında artım baş verib. Cari ilin ilk 7 ayında ölkədə 41366,5 ton qənnadı məmulatları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 1,5 faiz çoxdur.
Hazırda Azərbaycanda 317,2 ton unlu qənnadı məmulatlarının ehtiyatı var.